
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf İsraili ABŞ-ni İranla uzunmüddətli hərbi qarşıdurmaya cəlb etməyə çalışmaqda ittiham edib.
Globalinfo.az xəbər verir ki, Qalibaf bu barədə sosial şəbəkə hesabında paylaşım edərək İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona təsir göstərməyə çalışdığını bildirib.
Onun sözlərinə görə, İsrail ABŞ-ni elə bir müharibəyə sürükləmək istəyir ki, gələcəkdə nə respublikaçı, nə də demokrat prezident bu qarşıdurmadan çıxış yolu tapa bilsin.
“İsraillilər ABŞ-ni İranla bitmək bilməyən müharibəyə cəlb etmək üçün yorulmadan çalışırlar. Bu, nə indiki, nə də gələcək respublikaçı və demokrat prezidentlərin çıxa biləcəyi bir bataqlıq olacaq”, – deyə Qalibaf yazıb.
İran parlamentinin sədri Vaşinqtonu “Öncə İsrail” siyasətindən imtina etməyə çağırıb. O bildirib ki, ABŞ bu yanaşmanı dəyişməsə, özü və müttəfiqləri ciddi nəticələrlə üzləşə bilər.
Tahir Turan
Globalinfo.az