
Erməni iş adamı və Ermənistan parlamentinin keçmiş deputatı Samvel Aleksanyanın Rusiyaya girişinə icazə verilməyib. O, Moskvada hava limanında təxminən altı saat saxlanıldıqdan sonra ölkəyə buraxılmayıb.
Globalinfo.az “168.am”nəşrinə istinadən xəbər verir ki, Aleksanyan noyabrın 8-də İrəvan-Moskva reysi ilə Rusiya paytaxtına gəlib.
Məlumata əsasən, həmin təyyarədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da olub. O, Moskvada keçirilən MDB iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin 14-cü iclasında iştirak etmək üçün Rusiyaya səfər edib.
Nəşrin bildirdiyinə görə, Simonyan hava limanında qarşılanaraq tədbirə aparıldığı halda, Aleksanyan Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. Onun sənədləri yoxlanılıb və təxminən altı saat davam edən prosedurlardan sonra Rusiyaya girişinə icazə verilməyib.
Tahir Turan
Globalinfo.az