İdmançımız Avrasiya çempionatında uğur qazanıb.
Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib.
Belə ki, o, “Men”s Physique” kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatın kubokuna sahib olub. Bununla da Elmir Rzalı üçqat Avrasiya çempionu titulunu qazanıb.
Xatırladaq ki, bundan əvvəl o, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycanı təmsil edərək ikinci yeri tutub.
Əslən Yardımlı rayonunun Bilnə kəndindən olan Elmir Rzalı bu idman növü üzrə üçqat Azərbaycan çempionudur.
Qeyd edək ki, Elmir Rzalı Vətən müharibəsi şəhidi Əli Nuru oğlu Rzalının qardaşıdır.