Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın böyük qardaşı, 59 yaşlı Vladimir Podolyak Rusiya ordusunun tərkibində döyüşüb və 2024-cü ildə Zaporojye vilayəti ərazisində ölüb.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Killed in Ukraine” layihəsi Rusiya Federal Dövlət Statistika Xidmətinin “Silent Crow” hakerləri tərəfindən ələ keçirilmiş sənədlərinə istinadla məlumat yayıb.
Sənədlərdə qeyd olunub ki, Vladimir Podolyak 2024-cü ilin mayın 19-da Zaporojye vilayətinin Kirillovka kəndi ərazisində öldürülüb. Ölüm səbəbi isə kəllədaxili zədələnmə, hərbi əməliyyatlar nəticəsində alınan xəsarətlər kimi göstərilib.
Onun məzarında ölüm tarixi, Rusiya ordusunun polkovniki rütbəsində olan fotosu həkk olunub.
Qeyd edək ki, Mixail Podolyak 2021-ci ildə verdiyi müsahibələrinin birində qardaşı ilə münasibətinin olmadığını demişdi.