B55C5CF0 F0F4 4DB5 A400 C1C167BD1A2F cx0 cy2 cw0 w1023 r1 s e1692077487105

Ermənistanda Gümrüdə yerləşən Rusiya hərbi bazasının iki hərbçisi saxlanılıb. Onlar Ukrayna vətəndaşı Dmitri Samuilenkoya qarşı fiziki zorakılıq göstərməkdə şübhəli bilinirlər.

Globalinfo.az-ın xəbərinə görə, zərərçəkmiş şəxs təxminən bir ay əvvəl Gümrünün Ani rayonunda iki rusiyalı hərbçinin hücumuna məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı bir qrup şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilməsi faktı üzrə araşdırmaya başlanıldığını açıqlayıb. İki hərbçi barəsində sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb. Onların adları açıqlanmır.

Hələlik ehtimal olunan hücumun motivləri və hadisənin digər təfərrüatları məlum deyil.

Rusiya hərbi bazası və Rusiyanın Ermənistandakı səfirliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: