1033679 res 0 e9687402de3aa056

ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən aralıq seçkilərin şəffaflığına şübhə ilə yanaşıb.

Globalinfo.az xəbər verir ki, o, seçkiqabağı sorğuların nəticələri ilə faktiki səsvermə göstəriciləri arasındakı fərqə diqqət çəkərək səs sayma sistemlərini də tənqid edib.

“Doğrudanmı kimsə bu “seçkilərin” ədalətli keçirildiyinə inanır? Sorğular necə bu qədər yanıldı? İctimai rəy sorğuları necə belə böyük səhvə yol verə bilər? Səsvermənin ilkin nəticələrinin bir qismi o qədər böyük fərqlə açıqlanmışdı ki, nə qədər insan səs verməyə gəlsə də, qalib gəlmək artıq mümkün deyildi. Bütün məsələ səslərin hesablanması üçün istifadə olunan maşınlardadır. Onlar seçicilərin özündən belə daha vacibdir”, – deyə Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: