qarli hava

Ölkə ərazisində ötən gündən davam edən qarlı və yağışlı hava şəraiti fəsadsız ötüşməyib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, Qubada yağan qar nəticəsində yollar buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Bu gün günorta saatlarında Quba-Qəçrəş yolunda “Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı yarğana doğru sürüşüb və ön tərəfi yarğana düşüb.

Paylaş: