Kadırovun qızı baş nazir müavini olacaq

Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov qızı Ayşət Kadırovanın Çeçenistan Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi qərarını dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, Respublika hökumətində keçirilən iclasda Baş nazir Müslüm Xuçiyev 1998-ci il təvəllüdlü Ayşət Kadırovanın Çeçenistan hökuməti sədrinin sosial məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsini təklif edib.

“Müslüm Xuçiyevin təkliflərini dəstəklədim. Sözsüz, Ayşət Kadırova regional Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verib və mühüm iş təcrübəsi toplayıb”, – Kadırov vurğulayıb.

Xatırladaq ki, daha öncə Ayşət Kadırova 22 yaşında respublikanın mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu.