İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran tərəfinin yaydığı məlumatda bildirilib.
Telefon danışığı zamanı tərəflər regionda və dünyada mövcud vəziyyəti, xüsusilə də Yaxın Şərqdə baş verən prosesləri müzakirə ediblər.
Möhsün Rezai Moskvanın mövqeyinə görə Vladimir Putinə təşəkkür edib. O, Rusiyanın İran inqilabının mərhum lideri Əli Xameneinin və digər milli şəxslərin roluna verdiyi yüksək qiyməti, eləcə də İran xalqının dözümlülüyünə və cəsarətinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb.
Məlumata görə, tərəflər hər iki ölkənin ali rəhbərliyi tərəfindən müəyyən edilən yol xəritəsi əsasında strateji əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Əliyar Xəlil