Rusiya və Çin husilərlə razılığa gəldi

“Husilər Qırmızı dənizdə Rusiya və Çin gəmilərinə hücum etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat dərc edib.

Məlumata görə, Husilər Rusiya və Çin gəmilərinə hücum etməmək barədə Moskva və Pekinlə razılığa gəlib.

“Çin və Rusiya gəmiləri Qırmızı dənizdən və Ədən körfəzindən hücuma məruz qalmadan keçə bilər”.

Qeyd olunur ki, Çin və Rusiya bu qarşılıqlı anlaşmaya Husilərin mühüm siyasi fiqurlarından biri olan Məhəmməd Əbdül Salamla aparılan danışıqlardan sonra nail olub.

Bunun müqabilində isə Rusiya və Çin  BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə Husilərə siyasi dəstək verəcək.

Əliyar Xəlil
Globalinfo.az