Rusiya-NATO qarşıdurması: “Gözləniləndən daha tez baş tutacaq”

“Çox güman ki, Rusiya bir sıra Qərb analitiklərinin proqnozlaşdırdığından daha qısa müddətdə NATO ilə genişmiqyaslı silahlı münaqişəyə başlamağa hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Həmçinin Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbəri bəyan edib ki, Rusiya ordusu 2024-cü ilin sonuna kimi böyük ordu, 14 diviziya və 16 briqada yaratmağı planlaşdırır.

Qeyd edək ki, ötən gün Polşa lideri Anjey Duda Rusiyanın mümkün NATO ölkələrindən birinə hücum planları haqqında açıqlama vermişdi. O, Rusiyanın Şimali Atlantika Alyansına hücumunun 2026-2027-ci illərdə baş tutacağını demişdi.

Safura Bənnayeva
Globalinfo.az