fyuri

Britaniyalı boksçu Tayson Fyurinin həyat yoldaşı Paris onun şizofreniyadan əziyyət çəkdiyini açıqlayıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Paris Fyuri “Netflix” platformasında yayımlanacaq sənədli filmdə danışıb.

O, həyat yoldaşının psixi sağlamlıq problemlərinin hələ gənclik illərindən özünü büruzə verdiyini bildirib. Parisin sözlərinə görə, 2015-ci ildə Vladimir Kliçko üzərində qələbədən sonra boksçunun vəziyyəti daha da ağırlaşıb.

Sənədli filmdə Fyurinin psixoz halı yaşadığı, səslər eşitdiyi və reallığı qavramaqda çətinlik çəkdiyi qeyd olunur. Paris həkimlərin həyat yoldaşına bir neçə psixi pozuntu, o cümlədən şizofreniya diaqnozu qoyduqlarını söyləyib.

Onun sözlərinə görə, həmin dövrdə boksçu özünün və ailəsinin öldürüləcəyinə inanır, xəstəxanada olarkən isə onu öldürmək istədiklərini düşünürdü.

Fyuri özü də həmin günləri həyatının ən ağır dövrü kimi xatırlayıb. O, alkoqol və narkotik asılılığı ilə mübarizə apardığını, hər şeyini itirdiyini düşündüyünü bildirib.

Qeyd edək ki, Tayson Fyuri 2015-ci ildə Vladimir Kliçkoya qalib gələrək dünya çempionu olub. Boksçunun həyatından bəhs edən “Tyson Fury” adlı sənədli filmi noyabrın 27-də “Netflix”də yayımlanacaq.

Paylaş: