Ermənilər Putini “vurmağa” başladılar – FOTO

Ermənistanın paytaxtı İrəvanda Rusiya Prezidenti Vladimir Putinin əleyhinə keçirilən aksiyanın təfərrüatları olub. 

Globalinfo.az xəbər verir ki, aksiya İrəvan bələdiyəsinin rəsmi icazəsi və polis mühafizə dəstələrinin müşayiəti ilə təşkil edilib.

“Putinizmə yox”, “Faşizmə, homofobiyaya və seksizmə son” şüarları altında keçirilən aksiyada Rusiya Prezidenti Qarabağın “itirilməsində” günahlandırılıb.

Putinin regionda sülhün qorunması ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirmədiyi, Ruben Vardanyanın həbsinə görə heç bir addım atmadığı bildirilib.

Etirazçıların aksiyanın təşkilinə şərait yaratdığı üçün Ermənistan hökumətinə təşəkkür etməsi diqqət çəkib.

Qeyd edək ki, etirazların təşkilinə rəsmi icazə verən İrəvanın yeni meri, Nikol Paşinyanın yaxın adamı Tiqran Avinyandır. Onun mer təyinatı ölkədə rusyönümlü müxalif kəsim tərəfindən narazılıqla qarşılanmışdı.

Ayşən Mustafa
Globalinfo.az