“MDB ölkələri bir yerdə dayanmağı bacarmalıdırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, Rusiya çöksə, digər MDB dövlətlərini də eyni tale gözləyəcək:
“Elə bir situasiya yaranacaq ki, heç birimiz bu ittifaqsız yaşaya bilməyəcək. Əgər bunu anlamasaq, bizimlə ayrı-ayrı hesab çürüdəcəklər. Rusiya çöksə, hamımız bu bəlaya cəlb olunacağıq”.
Əliyar Xəlil
Globalinfo.az