Paşinyanın “həftəsonu savaş başlaya bilər” açıqlamasına Rusiyadan REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla həftə sonuna kimi müharibə gözlənildiyi iddiasına münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Rusiya XİN sözçüsü bu açıqlamanın İrəvan hökumətinin Qərblə əməkdaşlığının nəticəsi olduğunu deyib.

“Nikol Paşinyanın bu bəyanatının Rusiya ilə əlaqəsi yoxdur. Avropa İttifaqı, NATO və Vaşinqtondan olan yeni kuratorlar nəyə nail oldular? Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna fəaliyyəti və onların qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, – M.Zaxarova qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən Tavuş bölgəsinə səfər edib. Səfər zamanı bölgə sakinlərinə Azərbaycanın tələb etdiyi 4 kəndin təhvil verilməyəcəyi təqdirdə, həftə sonuna kimi müharibə olaca biləcəyini deyib.

Ayşən Mustafa
Globalinfo.az