Sərkisyan Qarabağ fəlakətini bilirdi, mənə demədi – Paşinyan

“2015-ci il konstitusiya dəyişiklikləri zamanı Serj Sərkisyan baş nazir postuna namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi, lakin 2017-ci il parlament seçkilərindən sonra onun bu posta namizəd olacağı ilə bağlı məlumatlar yayıldı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirilən mətbuat konfransında deyib.

Baş nazir keçmiş prezident Serj Sərkisyanın “Ermənistanın fəlakətə sürükləndiyi üçün” baş nazirliyə namizəd olduğuna dair açıqlamasına münasibət bildirib:

“O, Ermənistan üçün fəlakət dedikdə Qarabağla bağlı baş verənləri nəzərdə tutur. Hələ 2018-ci ildə belə bir fəlakətlə üz-üzə olduğumuz aydın idi. Yəni Serj Sərkisyan məntiqlə namizədlik qərarını 2018-ci ildə açıqlamalı idi. Ən azından bu fikirləri barədə məni məlumatlandıra, məktub yaza, yaxınlarım vasitəsilə mənə ötürə bilərdi. Əgər belədirsə, müsahibə, açıqlama verərək düşüncələrini xalqa təqdim edə bilərdi. Lakin sadəcə məni torpaq verməkdə ittiham etməyi seçdi”.

Ayşən Mustafa
Globalinfo.az