“Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbəri ilə gizli oyun oynayan bütün səfirləri geri çağırmaq niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, Paşinyan səfirlərlə bağlı nəzarəti Diaspora ilə iş üzrə komissar Zare Sinanyana tapşırıb. Sinanyan öz növbəsində diplomatlara ona mütəmadi olaraq icma rəhbərləri, səfirlər və keşişlərin əlaqələri barədə hesabat vermələrini tələb edib.
Qəzet yazır ki, bu vəziyyət xüsusilə Baqrat Qalstanyanın hərəkatının başlanmasından sonra kəskinləşib. Belə ki, Paşinyanı narahat edən etirazlar dönəmində diasporanın olduğu ərazilərdəki bütün keşişlərin katalikos II Qaregenin yanında yer alması olub.
Bununla belə məqalədə o da qeyd olunub ki, Paşinyanın partiyası təkcə Ermənistan cəmiyyətini yox, eləcə də erməni diasporunda da narahatlıqlar yaradıb, kilsə ilə icmaların arasını vurmağa cəhd edib.
Əliyar Xəlil
Globalinfo.az