İsraildən ABŞ-a xəbərdarlıq: “Danışıqlar pozula bilər”

Flags

“ABŞ-ın İsrailə silah tədarükünü dondurması HƏMAS-la danışıqları poza bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

İsrailin yüksək rütbəli rəsmiləri Vaşinqtona fasilənin nəticələri barədə xəbərdarlıq ediblər.

Mənbənin sözlərinə görə, İsrail təkcə tədarükün dayandırılmasından deyil, həm də informasiyanın mediaya sızdırılmasından narahatdır.

“Təl-Əviv Bayden administrasiyasına İsrailə deyil, HƏMAS-a təzyiq göstərməli olduğunu söyləyib. Birləşmiş Ştatların HƏMAS-ı məğlub etmək üçün apardığı mübarizədə İsraili dəstəkləməyə davam edəcəyini gözlədiklərini xatırladıb.  ”, – mənbə vurğulayıb.

Qeyd edək ki, Pentaqon rəhbəri Lloyd Ostin Vaşinqtonun İsrailə ağır döyüş sursatlarının tədarükünü dayandırdığını təsdiqləyib. Qeyd olunur ki, Bayden administrasiyası bu addımı Rəfahdakı hücumuna görə edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az