zahid oruc oz

“Qlobal Köləlik üzrə 2023-cü ilin hesabatında göstərilir ki, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin mayın 21-də keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, onlardan təqribən 28 milyonu icbari əməyə, 22 milyonu isə məcburi nikaha cəlb edilib:

“Bu göstərici üzrə Azərbaycan 192 dövlət arasında müsbət mənada 22-ci yerdədir. Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: