60629829 3ac6 3799 9b87 ce5b74762e6c 1200

Almaniyanın 2-ci bundesliqasında çıxış edən “Kayzerslautern” heyətində forma geyinən Azərbaycan millisinin üzvü Mahir Emreli uzunmüddətli zədədən sonra yenidən yaşıl meydanlara dönüb.

Globalinfo.az xəbər verir ki, 23-cü tur çərçivəsində səfərdə “Proyssen Munster”lə qarşılaşan “Kayzerslautern”in heyətində Emreli 88-ci dəqiqədə meydana daxil olub.

O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda “Kayzerslautern”in qollarını Ritter (9-cu dəqiqə, penalti və 40-cı dəqiqə) və Bassett (45+1) vurub. Meydan sahiblərinin heyətində isə Hoyer 21 və 87-ci dəqiqələrdə fərqlənib.

Tahir Turan
Globalinfo.az

Paylaş: