“Milan”dan Ronaldu ilə bağlı paylaşım – FOTO

“Milan” İtaliya Superkubokunun final oyunu üçün Səudiyyə Ərəbistanına gəlib.

Globalinfo.az xəbər verir ki, klubun hücumçusu Rafael Leaonu tanınmış həmyerlisi Kriştianu Ronaldu qarşılayıb.

Bu barədə klubdan məlumat verilib.

Qeyd edək ki, Ronaldu bu yaxınlarda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayıb.

Xatırladaq ki, İtaliya Superkubokunun final oyunu çərşənbə günü keçiriləcək. “Milan” mükafat uğrunda “İnter”lə yarışacaq.