zelzele

Kamçatkada güclü zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələ UTC vaxtı ilə saat 16:57-də Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 151 km aralıda 5 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri 61 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Paylaş: