Sirkdə yanğın: 25 tamaşaçı və 12 işçi…

Rusiyanın Rostov-na-Donu şəhərində sirk binasında yanğın baş verib.

Globalinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Rostov vilayəti üzrə Dövlət Fövqəladə Hallar İdarəsinin nümayəndəsi məlumat verib.

Məlumatda qeyd edilib ki, yanğın soyunub-geyinmə otağında başlayıb. Yanğın 25 dəqiqə sonra söndürülüb.

25 tamaşaçı və 12 işçi təxliyə edilib.

İlkin məlumata görə, itki yoxdur.

Globalinfo.az