Jurnalist Rafiq Məmmədli vəfat etdi

Jurnalist Rafiq Məmmədli vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə xaricdə yaşayan telejurnalist Çingiz Sultansoy məlumat verib.

Rafiq Məmmədli uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

O, “Turan” İA, “Azadlıq” qəzetində,  “Monitor” jurnalında, “Bakinski Vedomosti” qəzetində və Azadlıq radiosunun Bakı bürosunda çalışıb.

Rafiq Məmmədli həmçinin İT mütəxəssisi idi.