İsrail İrana tələ qurub: Tehran hücuma keçir və… – Savaş ssenarisinin şok detalı – VİDEO

***10:32

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın dini lideri Əli Xameneinin İsraili vurmaqla bağlı əmr verməsi tərəflərin müharibəyə başlaması kimi xarakterizə edilir.

Proseslərin gedişatında ABŞ-dan reaksiyalar var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Ardınca ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı müzakirə aparılıb. Bildirilib ki, ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcəyini elan edib.

ABŞ İranla İsrail arasında birbaşa müharibənin baş verməsini önləyəcək? ABŞ-ın İsrailə dəstəyini nəzərə alsaq, Vaşinqton üçün Təl-Əvivin İranın proksi qüvvələri ilə müharibə etməsi sərfəlidir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İran İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirəcək.

Daha ətraflı videoda:

Turan Rzayev
Globalinfo.az