Netanyahu tramp 1

İsrail ABŞ-ı İrana qarşı müharibəyə başlamağa razı salarkən, ölkə daxilində kütləvi üsyanın baş verəcəyi barədə kəşfiyyat proqnozlarına arxalanıb.

Globalinfo.az “AzPolitika”ya istinadən bildirir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, “Mossad”ın direktoru David Barnea İsrailin Baş naziri Benyamin Netanyahuya bir plan təqdim edib. Plana əsasən, hərbi əməliyyatlar başladıqdan cəmi bir neçə gün sonra İsrail kəşfiyyatı İran müxalifətini etirazlara cəlb edəcəkmiş.

Bu plan yanvarın ortalarında Netanyahunun Vaşinqtona səfəri zamanı Amerika tərəfinə də təqdim olunub.

“The New York Times” qeyd edir ki, həm Netanyahu, həm də ABŞ Prezidenti Donald Tramp hadisələrin gedişatı ilə bağlı çox nikbin olublar. Onlar inanırdılar ki, İran rəhbərliyinin məhv edilməsi və bir sıra kəşfiyyat əməliyyatları kütləvi üsyana səbəb olacaq və müharibəni sürətlə bitirəcək.

Lakin həm ABŞ-da, həm də İsraildə “Mossad”ın bu ssenarisinə şübhə ilə yanaşanlar çox olub. Amerika hərbçiləri Trampa xəbərdarlıq ediblər ki, ABŞ və İsrailin zərbələri fonunda iranlılar küçələrə etiraz üçün çıxmayacaqlar. Nəticədə, “The New York Times”ın qiymətləndirməsinə görə, mümkün kütləvi üsyan barədə bu ehtimal hərbi əməliyyatın hazırlanmasında yol verilən ən böyük səhvlərdən biri olub.

Paylaş: