bmt

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində dünya liderləri bir araya gəldi. Müxtəlif dövlət və hökumət başçıları sessiya çərçivəsində çıxışlar etdilər.

BMT Baş Assambleyasının 81-ci sessiyasının nəticəsi necə oldu? Dünya siyasətinə nə kimi təsirləri olacaq?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Nyu-Yorkda keçirilən sammitdə dünya liderlərinin bir çoxu qlobal münaqişələrlə bağlı çıxış edib:

“Bütün dünyanın gözü bu sammitdə idi. Çünki artıq dünya uzun müddətdir münaqişələrdən, müharibələrdən cana doyub. Daha doğrusu, beynəlxalq ictimaiyyət, xalqlar bu münaqişələrin həlli üçün BMT-yə az da olsa, ümidlə yanaşırlar. Nyu-Yorkda baş tutan görüşdən sonra, sözün əsl mənasında, müsbət istiqamətdə nəyinsə dəyişəcəyini gözləmək əbəsdir.

Təəssüf ki, bu kimi sammitlərdən sonra münaqişələrin həllinə yönəlmiş effektiv addımların atılması gözlənildiyi halda, real nəticə əldə olunmur. Bu da BMT-yə olan inamı sarsıdır. Çünki təşkilatın özünün ciddi təsiri yoxdur. İlk növbədə, bu problem həll edilməlidir.

Xeyal besirov 900x521 1
Xəyal Bəşirov 

BMT-nin baş katibi və müxtəlif liderlər təşkilatın içində olduğu vəziyyətdən narahat və narazıdırlar. Bunun əsas səbəblərindən biri təşkilatın ayrı-ayrı ölkələrin maliyyə yardımından asılı olmasıdır. Bu da qərarvermə mexanizminə təsir edir. Digər problem isə, şübhəsiz ki, beş daimi üzvün veto hüququnun olmasıdır. Bu da qərarvermə mexanizmində ciddi problemdir.

Düzdür, görüş zamanı ayrı-ayrı liderlərin ikitərəfli və üçtərəfli görüşləri baş tutdu. Lakin bunun nəticəsində nəyinsə dəyişəcəyini gözləmirəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: