44 günlük Vətən müharibəsinin başlamasının ildönümünə 6 gün qalmış İrəvanda Ermənistan ordusunun simvoluna çevrilən divar rəsmi silinib.
Globalinfo.az xəbər verir ki, müharibə zamanı Ermənistan Müdafiə Nazirliyi əsgər Albert Ovannisyanın artilleriyadan mərmi atdığı anın görüntüsünü ermənilərin “dirəniş simvolu” kimi təqdim edir, təbliğatını aparırdı. Lakin artıq o təsvir silinib.
Məlumata görə, bu, ilk belə hal deyil. Müharibədə ölən və fotoları divarlara rəsm edilən başqa erməni əsgərlərin də görüntüləri küçələrdən silinib.
Eyni zamanda, ölmüş erməni əsgərlərin yeraltı keçidlərdəki portretləri də yığışdırılıb.
Məsələ erməni ictimaiyyətində ciddi narazılıq doğurub. Mətbuat və sosial şəbəkələrdə məsələyə aydınlıq gətirilməsi, rəsm və portretlərin yenidən küçələrdə olması tələb edilir.
Qeyd edək ki, Albert Ovannisyan 44 günlük müharibədə ermənilərin “savaş simvolu” kimi təqdim edilirdi. Azərbaycan Ordusu oktyabrın 8-də onu artilleriya mövqeyinə zərbə endirməklə məhv etmişdi.
Əliyar Xəlil
Globalinfo.az