Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanadan evə buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, öz sosial hesabında məlumat yayıb.
“Əziz dostlar, bildiyiniz kimi, son günlər səhhətimlə bağlı narahatlığım oldu, xəstəxanaya yerləşdirildim. Mediаda kifayət qədər bu barədə məlumat yayıldığından təfərrüata ehtiyac görmürəm. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, müalicəmi ev şəraitində davam etdirirəm.
Xəstəxanada olduğum müddətdə mənim üçün narahat olan doğmalarıma, yaxınlarıma, çalışdığım Milli Gənc Tamaşaçılar Teatrının kollektivinə, səhhətimlə ilk gündən xüsusi qayğı ilə maraqlanan teatrımızın direktoru Naidə İsmayılzadəyə və məni sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm.
Eləcə də, müalicə olunduğum hospitalın həkimlərinə, tibb personalına və hörmətli media işçilərinə, jurnalist dostlarıma minnətdaram. Diqqətiniz üçün hər birinizə sonsuz təşəkkürlər!”, – deyə R.Səfərov yazıb.
Xatırladaq ki, Rəşad Səfərov şəkərinin qəfil yüksəlməsi səbəbindən sentyabrın 22-də xəstəxanaya çatdırılmışdı.