ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri və vəkili Alina Habba türkiyəli iş adamı Turxan Mildon ilə ailə qurmağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, cütlüyün toy mərasiminin sentyabrın 26-da Nyu-Yorkda keçiriləcək. Mərasimə Donald Trampın da qatılacağı ehtimal olunur.
42 yaşlı Alina Habba 2021-2024-cü illərdə Trampın vəkili kimi fəaliyyət göstərib. O, Trampın ikinci prezidentlik dönəmində müşaviri, daha sonra isə Nyu-Cersi üzrə federal baş prokuror olub.
29 yaşlı Turxan Mildon Türkiyənin “Miller Holding” şirkətinin baş icraçı direktorudur. O, eyni zamanda “Çorum” futbol klubunda vitse-prezident vəzifəsini tutur.
Məlumata əsasən, Habba və Mildon təxminən bir ildir münasibətdədir. Hər iki şəxsin daha əvvəl iki dəfə evlilik həyatı yaşadığı bildirilir.
Safura Bənnayeva
Globalinfo.az
