xezer telim 1 900x600 1

Qazaxıstanda Xəzər dənizində keçirilən təlimlər zamanı batan son iki hərbçinin meyiti axtarış-xilasetmə işləri nəticəsində tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tapılan hərbçilərin çavuş Mansur Qumarov və matros Miras Turdıbekulı olduğu bildirilib.

Nazirliyin məlumatına görə, hadisə nəticəsində ölənlərin ümumi sayı 14 nəfərə çatıb.

Qeyd edək ki, sözügedən olay sentyabrın 24-də Xəzər dənizində baş verib. Həmin gün sahil ərazisində hərbi təlimlər keçirilib və təlimlər zamanı hava şəraiti qəfil pisləşib, küləyin gücü artıb. Nəticədə Qazaxıstan hərbçilərindən ibarət qrup dənizə sürüklənib. Hakimiyyətin məlumatına görə, ümumilikdə 17 hərbçi dənizə düşüb, onlardan üçü xilas edilib.

Hadisə ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 25-də ölkədə ümummilli matəm elan edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: