“Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi mükafatlandırılıb.
Globalinfo.az bildirir ki, yarışdan sonra ilk üçlükdə qərarlaşan pilotlara mükafatlar təqdim olunub.
“Dams Lukas Oil” komandasından Dino Beqanoviç birinci yeri tutub.
“Trident”dən Laurens Van Hoepen ikinci olub. “Rodin Motorsport”dan Aleks Dann üçüncü sırada qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
***09:33
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub.
Globalinfo.az bildirir ki, sprint yarışının sonunda xaos yaşanıb.
Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb.
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 26-da başa çatacaq.
***09:20
“Formula 2” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Globalinfo.az bildirir ki, “İnvicta Racing”in pilotu Coşua Durksenin idarə etdiyi bolid baryerə çırpılıb.
Təhlükəsizlik avtomobili trasa girib.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
***08:50
“Formula 2” üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.
Globalinfo.az bildirir ki, hadisə yarışın startında qeydə alınıb.
İkinci döngəyə gedən yolda “İnvicta Racing”in pilotu Rafael Kamaranın idarə etdiyi bolid “Prema Racing”in sürücüsü Mari Boyanın avtomobilinə dəyib.
Nəticədə sarı bayraq qaldırılıb.
Qeyd edək ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.
X X X
“Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 08:15-də start verilib.
Bu gün ikinci dərəcəli pilotların birinci əsas yarışı da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.


