“Müsəlman ölkələrinin iştirakı ilə yeni hərbi-siyasi ittifaq yaradılmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədahüseyn Maliki deyib.
Onun sözlərinə görə, Qərbin NATO Alyansına alternativ olaraq “İslam NATO-su”nun formalaşdırılması ideyası bir sıra İslam ölkələri tərəfindən artıq dəstəklənib.
Deputat İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumların müsəlman dövlətləri arasında belə bir birliyin yaradılmasını zəruri etdiyini iddia edib:
“İslam ölkələri arasında həmrəylik və birlik gücləndirilərsə, ABŞ və İsrail Fələstin, Livan və Yəməndə fəaliyyətlərini davam etdirməyə cəsarət etməyəcək”.
Safura Bənnayeva
Globalinfo.az