2 60 900x605 2

Hazırda Ukraynanın baş naziri postuna ən uyğun namizəd “Naftoqaz” şirkətinin rəhbəri Serhiy Koretskidir.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezidentin sözlərinə görə, Koretski hakim “Xalqın Xidmətçisi” Partiyasının parlament fraksiyası ilə görüşərək gələcək hökumətin tərkibini müzakirə edəcək.

Qeyd edək ki, iyulun 13-də Ukraynanın baş naziri Yuliya Sviridenko istefa verib və bununla da ölkədə hökumətin yenidən formalaşdırılması prosesi başlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: