İranın Zəngəzur qorxusu: “Həmişəlik itirəcəyik”

“Əgər Zənzəgur dəhlizi reallığa çevrilsə, Azərbaycan Naxçıvana Ermənistanın Sünik vilayətindən, heç bir erməni nəzarət-buraxılış məntəqəsindən keçmədən sərbəst çıxış əldə edəcək. Bu İran-Ermənistan sərhədini həmişəlik kəsəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Jamaran” nəşrinin məqaləsində qeyd olunub.

Məqalədə Naxçıvan Azərbaycanın “axilles dabanı” kimi göstərilir. Naxçıvan vasitəsilə Türkiyə ilə əlaqələrin Azərbaycan üçün önəmi vurğulanır.

“Bu gün İran 15 ölkə ilə qonşudur. Əgər Azərbaycandan Naxçıvana keçid açılsa, o zaman İranın geosiyasəti, eləcə də Qafqaz regionunda milli maraqları əsaslı dəyişikliklərin qurbanına çevriləcək və İranın Ermənistan vasitəsilə Avropaya quru yolla çıxışı həmişəlik bağlanacaq”, – deyə məqalədə vurğulanır.

İntiqam Əhmədov
Globalinfo.az