Zaxarovadan İrəvan açıqlaması: Tərbiyəsizlik edirlər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan-Ermənistan konfliktinin nizamlanması zamanı Rusiya ilə birgə işlənən sülh təşəbbüslərinin reallaşdırılacağına ümid etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Zaxarova bunu jurnalistlərə açıqlamasında deyib.

Rusiyalı diplomat Qərbin Cənubi Qafqazdakı situasiyaya müdaxiləsi cəhdlərini “tərbiyəsizlik” adlandırıb:

“Belə siyasət konfliktin nizamlanması üçün yox, bunun əksinə olan hədəflər üçün aparılır. Təəssüf ki, burada belə tendensiyanı biz illər ərzində müşahidə edirik. İndi qərblilər daha da aktivləşiblər”.

İlkin Həsənov
Globalinfo.az