İranın XİN başçısı Mirzoyanla danışdı – DETALLAR

17292618457197 scaled 1

İranın xarici işlər naziri Abbas Araqçı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın XİN başçısı bildirib.

“Biz son hadisələri müzakirə etdik və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Ermənistanın ifadə etdiyi mövqeyə uyğun olaraq, mən regionda risklərin idarə edilməsinin və eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğuladım. Biz MAQATE müzakirələri də daxil olmaqla, sıx təmasda olmaqda davam edirik”, – Mirzoyan qeyd edib. 

Xatırladaq ki, bundan öncə Ermənistan İsrailin İrana hücumlarını pisləmişdi.

Əliyar Xəlil
Globalinfo.az