ceyhun 1

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Şimali Kiprin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər ikitərəfli əlaqələr, eləcə də çoxtərəfli formatlar çərçivəsində mühüm dialoq məsələləri barədə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun əhəmiyyəti vurğulanıb, türk dünyası çərçivəsində çoxtərəfli koordinasiyanın və birgə təşəbbüslərin, o cümlədən qarşıdakı Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq işlərinin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər qarşılıqlı maraq doğuran regional məsələlərə də toxunublar.

Paylaş: