İrandan ABŞ və Ukraynanı qəzəbləndirəcək addım: İngilislər elan etdi …

 

“İranın yeni hücum PUA-sı Rusiyanın Ukraynada apardığı müharibədə istifadə edilmək üçün hazırlanıb”.

Globalinfo.az-ın məlumatına görə, Britaniyanın “SKY News” telekanalının  bu cür başlıqla yayımladığı xəbər dünya gündəmini zəbt edib. Telekanal silahın Rusiya üçün hazırlandığını və Ukraynada istifadə olunacağını iddia edib:

“Ukrayna və Qəzza zolağında müharibə şiddətlənməkdə davam edir. Ukrayna müharibəsində Rusiyaya daha yaxın olan İran Qəzzada İsrail və onun ən böyük dəstəkçisi sayılan ABŞ-a qarşı dayanıb. İndi isə İran Rusiya üçün yeni yüksək texnologiyalı hücum PUA-sı hazırlayıb. Bu, unikal “V” formalı quyruğu olan “Şahed-101″ sinfinin bir hissəsidir. Hücum PUA-sı təxminən 2,5 metr uzunluğa, 3 metr qanad genişliyinə malikdir və 1500 kilometrə qədər olan hədəfi vura bilir. Üstəlik, yeni silah canlı yayım ötürücüsü ilə təchiz ediləcək”, – deyə məlumatda qeyd olunub.

Qeyd edəık ki, Ukrayna və onun Qərb müttəfiqləri əvvəllər də Tehranı Moskvaya “Şahed-131” və “Şahed-136” kimi birtərəfli hücum PUA-ları verməkdə günahlandırıblar. Son iddialarla bağlı isə Rusiya Müdafiə Nazirliyi və İranın Xarici İşlər Nazirliyi “SKY News”un sorğusunu cavablandırmayıb.

Əliyar Xəlil,

Globalinfo.az