“Hörmüz boğazının açılması Tehranın irəli sürdüyü şərtlərin qəbul edilməsindən asılıdır”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda ölkədə fəaliyyət göstərən bir sıra xarici dövlətlərin səfirləri ilə görüşündə deyib.
Nazirin sözlərinə görə, İranın təqdim etdiyi yeddi günlük plana əsasən, Tehranın şərtləri qəbul edilər və “düşmənçilik tədbirləri” dayandırılarsa, Hörmüz boğazı yeddi gün ərzində tam şəkildə açılacaq:
“Düşmənlərin yeni təxribat və ya təcavüzünə əvvəlkindən daha sərt cavab veriləcək”.
İranlı nazir ABŞ-ın İran nümayəndə heyətini ölkədən çıxarması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
O, xəbərin doğru olub-olmamasından asılı olmayaraq, bunun “qəribə” olduğunu bildirib.
“ABŞ bir tərəfdən BMT-yə layiqli ev sahibi olmadığını etiraf edir, digər tərəfdən isə İran nümayəndə heyətinin iştirakından nə qədər narahat olduğunu göstərir”.
Safura Bənnayeva
Globalinfo.az