
Türkiyənin tanınmış iş adamı Hamdi Akının olduğu təyyarə Liviyada qəza keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə Misrata hava limanında baş verib. Qəza keçirən təyyarənin “Akfen Holdinq”in təsisçisi və Direktorlar Şurasının sədri Hamdi Akına məxsus olduğu bildirilir.
Məlumata görə, təyyarədə olan ekipaj üzvləri və Hamdi Akının sağ qalıb.
Qəzadan sonra Liviyanın hava məkanı müvəqqəti olaraq bağlanıb.
Safura Bənnayeva
Globalinfo.az