1790925572 f89c2557631e0fe91aee97d06ba0b768

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışı diqqət çəkir. Prezident bildirib ki, Azərbaycan heç vaxt ikibaşlı oyun oynamayıb, heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməyib. Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik.

Prezident bildirib ki, Azərbaycana əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb.

Sitat:

“İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”.

Globalinfo.az-a danışan deputat Naqif Həmzəyev deyib ki, YAP-ın VIII Qurultayındakı çıxış Azərbaycanın xarici siyasət kursunu və güc-sülh balansına baxışını bir daha ortaya qoydu:

“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı yalnız partiya tədbirinin protokol çıxışı kimi qəbul edilməməlidir. Dövlət başçısı burada həm ölkənin xarici siyasət prinsiplərini, həm də müharibədən sonrakı dövrün məntiqini izah etdi.

Əliyev bildirdi ki, Azərbaycan heç vaxt ikibaşlı oyun oynamayıb və heç bir ölkəyə qarşı riyakarlıq göstərməyib. Halbuki ölkə belə münasibətlərlə dəfələrlə üzləşib və bu gün də üzləşir. Bakı qarşılıqlı hörmət və prinsipiallıq tələb edir.

naqif 1 900x634 1
Naqif Həmzəyev

Çıxışın əsas xətti “lazımi vaxtda dayanmaq” ideyasıdır. Prezident vurğuladı ki, ikinci Qarabağ müharibəsində düşmənə şərtlər diktə olunub, lakin sonra sülhə nail olmaq üçün dayanmaq seçilib. 2023-cü ilin sentyabrında da eyni yanaşma tətbiq edilib. Prezidentin fikrincə, “müxtəlif variantlar” mövcud idi, amma uzaqgörənlik, strateji düşüncə və xalqın əsas maraqları belə qərarı diktə etdi. “Bizə əbədi müharibə lazım deyil” sözləri də bu məntiqə söykənir.

Ən çox diqqət çəkən cümlə İrəvanla bağlı oldu: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı bu gün İrəvanın mərkəzində ucaldılardı”. Bu, Azərbaycanın qələbədən sonra ifrata varmadığını, soyuqqanlı və hesablanmış siyasət yürütdüyünü göstərir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: