“Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, iki il əvvəl bu öhdəliklərin icra səviyyəsi təxminən 65 faiz təşkil edib. Hazırda isə göstərici 90 faizə çatıb:
“2028-ci ilin sonuna qədər Gürcüstan bu prosesin növbəti mərhələsinə keçid üçün əvvəlki illərlə müqayisədə daha yaxşı hazırlıq vəziyyətində olacaq.
Hazırda Gürcüstanın Aİ-yə üzvlük danışıqlarının başlanması gündəmdə olmasa da, hökumət Assosiasiya Sazişi və DCFTA-dan irəli gələn öhdəliklərin icrasını davam etdirir”.
Safura Bənnayeva
Globalinfo.az