6ac1fafe7d83a6ac1fafe7d83b17910975986ac1fafe7d8386ac1fafe7d839

Rusiyanın Ukraynaya endirdiyi yeni zərbələr nəticəsində azı 6 nəfər həyatını itirib. Hücumlar zamanı Kiyevdəki Şimal körpüsü də zədələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. 

O bildirib ki, zərbə nəticəsində körpünün yol örtüyü və trolleybus xətləri sıradan çıxıb.

Hadisədən sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb və şəhərdə ciddi tıxac yaranıb. İki nəfərin yaralandığı, onlardan birinin qısa müddətə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi körpüyə endirilən zərbəni təsdiqləyib və onun Ukrayna ordusunun hərbi-logistika məqsədləri üçün istifadə edildiyini iddia edib.

Xarkov və ətraf ərazilərə dron və idarəolunan bombalarla həyata keçirilən hücumlar nəticəsində isə 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Odessa vilayətində də Rusiya zərbəsi zamanı Liberiya bayrağı altında üzən mülki yük gəmisində bir dənizçi həlak olub, üç nəfər yaralanıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: