Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində maliyyə yoxlaması aparılır.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə Bəxtiyar Əsgərov daimi nümayəndəliyin rəhbəri vəzifəsindən azad edilib.
O, Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyinə 2014-cü ilin fevralından 2026-cı ilin sentyabr ayına qədər rəhbərlik edib. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.