Futbolçu Kriştiano Ronaldo oktyabrın 4-də, Portuqaliya millisinin Norveçlə oyunu keçirilən gün Səudiyyə Ərəbistanına uçacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.
Bildirilib ki, Ronaldo Səudiyyə Ərəbistanına şəxsi təyyarə ilə yollanacaq.
O, Norveçlə qarşılaşma başlamamışdan əvvəl ölkəyə çatacaq.
Daha əvvəl Ronaldonun Millətlər Liqasında Norveçlə oyuna buraxılmaması səbəbindən baş məşqçi ilə münaqişə yaşadığı barədə məlumat yayılmışdı. Portuqaliya Futbol Federasiyasının rəhbəri məsələ ilə bağlı təcili danışıqlar aparıb və tərəflər arasında yaranan problem həll olunub. Lakin baş məşqçi Danimarka ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Ronaldonun bu qarşılaşmanı da buraxa biləcəyini istisna etməyib.
Qeyd edək ki, Portuqaliya millisinin növbəti oyunu Norveçə qarşı olacaq.
Qarşılaşma oktyabrın 4-də keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az