qurban koynek

Bu gün futbol elə səviyyədədir ki, zəif komandalardan asan oyun gözləmək olmaz. Hamı inkişaf edir. Futbolçuların və məşqçilərin beynəlxalq təcrübəsi artıb. Heç kim asanlıqla qələbə qazanmır.

Globalinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin Lixtenşteynlə Millətlər Liqasının D liqasında bərabərliyini şərh edərkən deyib.

“Əlbəttə, daha yaxşı nəticə görmək istərdik. Amma qarşıya baxmaq lazımdır. Qarşıda daha iki oyun var və maksimum nəticə qazanmağa çalışmalıyıq. Mənfi fikirlərdən qurtulub meydana çıxmalıyıq. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik və mənfi düşüncələr geridə qalacaq”, – Q.Qurbanov qeyd edib.

Paylaş: