Etiraz edənlər Paşinyanın təklifi ilə razılaşmadılar – Hökumətdən AÇIQLAMA

“Kirants (Güney) sakinləri onları maraqlandıran bütün sualları səsləndiriblər. Baş nazir onlara mövcud vəziyyəti ətraflı şəkildə izah edib və hökumətin bütün problemlərdən xəbərdar olduğunu vurğulayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, Ermənistan hökuməti sakinlərə praktiki işə elə yerindəcə başlamağı və qaldırılan məsələlərin birgə müzakirələr yolu ilə həllinə çalışmağı təklif edib.

Xatırladaq ki, bir qrup Kirants sakini Baş nazir Nikol Paşinyanla görüşmək üçün İrəvana gəlib. Lakin onlar gözləntilərinin doğrulmadığını və nəticədən narazı olduqlarını bildiriblər.

Əliyar Xəlil
Globalinfo.az