“Nikol Paşinyan Kirantsdakı bəzi əraziləri (əslində, Qazaxın kəndlərini – red.) Azərbaycana təhvil verir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni jurnalist Oskan Sərkisyan deyib.
O, fotodakı “erməni ocağı”nın neytral zonaya çevrildiyini bildirib.
“1992-ci ildən həmin obyekt və ətrafındakı geniş ərazi Ermənistan tərəfindən istifadə olunmur. Yəqin ki, neytral zonaya çevrilib. Nikol Paşinyan “erməni ocağı”nı və bəzi obyektləri demarkasiya adı altında Azərbaycana təhvil verir”, – O.Sərkisyan yazıb.
Qeyd edək ki, ermənilər zəbt etdikləri tarixi torpaqlarımızda işğal dövründə hansısa “abidələr”, evlər tikiblər. İndi demarkasiya prosesinə uyğun olaraq həmin ərazilər Azərbaycana qaytarılır.
Safura Bənnayeva
Globalinfo.az