bocorisvili bayramov

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri və Böyük Qayıdış Proqramının icrası Azərbaycan-Gürcüstan müzakirələrinin əsas mövzularından olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesindəki son inkişaflar və Azərbaycanın bu məsələdəki mövqeyi Gürcüstan tərəfinə çatdırılıb və bundan əlavə, Maka Boçorişvili işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası, eləcə də mina təhdidləri barədə məlumatlandırılıb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: